BAKI, 15 oktyabr. TELEQRAF

Ukraynanın Xerson vilayətində son sutka ərzində Rusiya ordusunun hücumları nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, yaralananlar arasında bir uşaq da var.

"Nəticədə 8 çoxmənzilli bina, 29 fərdi ev, inzibati və tibb müəssisələri, avtomobillər və kənd təsərrüfatı texnikası zədələnib. Təhlükəsiz ərazilərə köçmək istəyən sakinlər vilayət əlaqə mərkəzinə müraciət edə bilərlər",- A. Prokudin qeyd edib.