BAKI, 12 oktyabr. TELEQRAF

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan Sülh Sammiti oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

"Sülh Sammiti oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək və ona Misir və ABŞ prezidentləri həmsədrlik edəcəklər. 20-dən çox ölkədən liderlər iştirak etmək üçün dəvət olunublar", - əs-Sisinin Facebook səhifəsində dərc edilən bəyanatda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və digər ölkələrin dövlət başçıları da bu sammitdə iştirak edcək.