BAKI, 21 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran liderlərinə barələrində edam hökmü çıxarılmış 8 qadının bağışlanılması ilə bağlı müraciət edib.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti özünün "Truth sosial" platformasında yazıb: "Tezliklə nümayəndələrimlə danışıqlara başlayacaq İran liderlərinə müraciət edirəm: Bu qadınların azadlığa buraxılmasına görə çox minnətdar olardım. Əminəm ki, onlar sizin hərəkətinizə hörmətlə yanaşacaqlar. Xahiş edirəm, onlara zərər verməyin. Bu, danışıqlarımız üçün əla başlanğıc olardı. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm".