BAKI, 8 oktyabr. TELEQRAF

Almaniyanın Bavariya əyalətində polisə dronlara qarşı geniş səlahiyyətlər verən qanun qəbul edilib.

Teleqraf “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə Bavariyanın Baş naziri Markus Zöder hökumətin iclasında danışıb.

Qanuna əsasən, Bavariya polisi qanunsuz və təhlükəli dron uçuşlarına qarşı bütün hüquqi və texniki imkanlardan istifadə edə biləcək. Dronlar təhlükəli hesab edildiyi halda onların idarəetməsi ələ keçiriləcək, uçuş sistemi pozulacaq və ya vurularaq zərərsizləşdiriləcək.

Bavariya hökuməti Münxen hava limanı yaxınlığındakı Erdinq şəhərində dron müdafiə və təlim mərkəzinin yaradılmasını da qərara alıb. Mərkəzin fəaliyyətinə Bavariya texnologiya şirkətləri və Almaniya ordusu cəlb olunacaq.

Xatırladaq ki, daha öncə Münxen aeroportu üzərində dronların müşahidə olunmuşdu.