BAKI, 24 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Novorossiysk şəhərinin mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb, 2 nəfər isə ölüb.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Andrey Kravçenko "Telegram" kanalında məlumat verib.

O bildirib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır, dördü orta, beşi isə yüngül xəsarət alıb.