BAKI, 6 sentyabr. TELEQRAF

Rusiyanın Krasnodar diyarında bir neçə partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

Şahidlərin sözlərinə görə, Seversk rayonundakı kəndlərdən birində azı üç partlayış eşidilib.

Yerli sakinlər hava hücumundan müdafiə sistemlərinin (HHM) Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarını (PUA) vurduqlarını bildiriblər.

Zərərçəkənlər və dağıntılar barədə rəsmi məlumat verilmir.