BAKI, 5 sentyabr. TELEQRAF

Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırıram.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

"Mən bunu edəcəyəm. Bizim çox yaxşı dialoqımız var", - o deyib.

Trampın sözlərinə görə, əvvəllər o, Putinlə şəxsi münasibətlərinin yaxşı olması səbəbindən Ukrayna böhranını həll etməyin onun üçün dünyadakı digər silahlı münaqişələrdən daha asan olacağını düşünürdü, lakin bu proses daha mürəkkəb çıxıb.