BAKI, 30 avqust. TELEQRAF

Almaniya kansleri Fridrix Mertsin Rusiyanın Almaniyanın işlərinə sosial şəbəkələr vasitəsilə müdaxiləsi ilə bağlı bəyanatı "psixiatrlar"ın işidir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mertsin fikirlərini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, Berlin 3 ildir ki, Kiyevi silahlarla, o cümlədən ağır texnika ilə təmin edir və Merts Rusiyanın sosial şəbəkələr vasitəsilə iddia edilən müdaxiləsindən narahatdır.