BAKI, 26 noyabr. TELEQRAF
Polşanın paytaxtı Varşavada bir kişi Mədəniyyət və Milli İrs Nazirliyinin binası qarşısında intihara cəhd edib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri məlumat yayıb.
Hadisə noyabrın 25-də axşam saatlarında baş verib. Əraziyə üç xilasedici briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Prezident sarayının qarşısındakı ərazi mühasirəyə alınıb.
İntihara cəhd edən şəxs xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma başladılıb.