BAKI, 26 noyabr. TELEQRAF
İsrail hakimiyyəti hərbi düşüncə tərzindən uzaqlaşmalı və iqtisadi diplomatiyaya diqqət yetirməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.
“Mən hesab edirəm ki, İsrail müharibə dövrünə xas düşüncə tərzindən uzaqlaşmalı və iqtisadi diplomatiyaya diqqət yetirməlidir. Məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə baxın. Onlar Vaşinqtona 100 iş adamı ilə gəlir və müqavilələr bağlayırlar”, – Kuşner qeyd edib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi İsrailin güclü iqtisadiyyata və yüksək texnoloji potensiala malik olduğunu vurğulayıb.
“İsraillə tərəfdaşlığın hansı faydalar gətirə biləcəyini anlamağa başlamalıyıq”, – o əlavə edib.