BAKI, 25 noyabr. TELEQRAF

Varşavanın mərkəzində, Prezident Sarayının qarşısında Polşa vətəndaşı özünü yandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın "Interia" qəzeti məlumat yayıb.

Hadisə yerli vaxtla təxminən saat 17:10-da baş verib.

Hadisə yerinə təcili yardım briqadaları, polis və yanğınsöndürənlər gəlib.

Yaralı kişi Hərbi Tibb İnstitutuna aparılıb. Polis hələlik baş verənlərin təfərrüatını açıqlamayıb.