BAKI, 25 noyabr. TELEQRAF

Yaxın Şərq neftinin Hindistan bazarına qayıtması Rusiya neftini sıxışdırır və onun idxalı fevral ayından bəri ən aşağı səviyyəyə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbələrin məlumatına görə, Rusiya neft satıcıları dəyəri düşən Fars körfəzi ölkələrindən gələn neftlə rəqabət aparmaq üçün qiymətləri endirməyə tələsmirlər. İraq və Səudiyyə Ərəbistanından gələn neft növləri son zamanlar endirimlə satılır, Rusiyanın Urals nefti isə əksinə, daha baha qiymətə satılır.

Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalacaq, lakin bazardakı mövqeyi zəifləyir. Rusiyanın neft idxalı noyabr ayında gündə orta hesabla təxminən 1,7 milyon barel olacaq. Bu, fevral ayından bəri ən aşağı göstəricidir və iyul ayında gündə 2,8 milyon barel rekordundan təxminən 40% aşağıdır.