BAKI, 17 avqust. TELEQRAF

Ukraynanın Odessa şəhərində SSRİ xalq artisti, drijor Leonid Utesovun abidəsi təhqir olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Novosti.Live” nəşri məlumat yayıb.

Utesov Odessada anadan olub, orada ona abidə ucaldılıb. Abidə Deribasovskaya küçəsindəki parkda yerləşir.

Abidəni ləkələyənlər onu “rus dünyasının qalığı” adlandırıblar.

Bu günlərdə Odessa vilayətinin Bolqrad şəhərində rus şairi Aleksandr Puşkinin də abidəsi sökülüb.

Odessanın mərkəzində YUNESKO-nun himayəsində olan Puşkinin abidəsi isə hələ də sökülməyib. Şəhər şurası hələ ötən ilin dekabrında abidənin sökülməsi barədə qərar qəbul edib. Abidənin sökülməsini təsdiq edən sənədi 40 deputat yekdilliklə qəbul edib.