“Hindistan Hava Yolları” Şirkəti (Air India) 13 il əvvəl əvvəl itən “Boeing” sərnişin təyyarəsini tapdığını və indi onu park etmək üçün böyük cərimə ödəməyə məcbur olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Sərnişin təyyarəsi 2012-ci ildən qeydiyyatdan itmiş hesab olunurdu. “Boeing” bir neçə il əvvəl istifadədən çıxarılıb və Hindistan poçt xidmətinə icarəyə verilsə də, əməkdaşların dəyişməsi və sənədlərdəki çatışmazlıqlar səbəbindən yararsız hala düşüb.

Vəziyyət yalnız Kəlküttə hava limanı administrasiyasının “Boeing 737-200” təyyarəsinin hava limanından rəsmi olaraq çıxarılmasını tələb etməsindən sonra məlum olub.

“Air India” əvvəlcə təyyarənin özlərinə aid olmadığını iddia edib. Amma daxili araşdırma nəticəsində 30 ton ağırlığında, 30 metr uzunluğunda təyyarənin itmiş olduğu təsdiqlənib.

Hava şirkətinə parkinq qaydalarını pozduğu üçün 114 min ABŞ dolları cərimə tətbiq olunub.

İki həftə əvvəl təyyarə Banqalora çatdırılıb, burada təlimlər üçün istifadə ediləcək. Rəsmilərin bildirdiyinə görə, “Boeing 737-200” son 5 ildə Kəlküttə hava limanı ərazisində qalan 14-cü təyyarədir.