BAKI, 14 avqust. TELEQRAF
Bu ilin birinci yarısında Birləşmiş Ştatlar Avropa İttifaqından təyyarə və helikopter idxalını iki dəfə azaldaraq 2,1 milyard dollara çatdırıb.
Teleqraf xəbər verir ki, məlumatı statistika xidməti yayıb.
Yanvar-iyun aylarında ABŞ çəkisi 15 tondan çox (1,6 milyard dollar), çəkisi 2 tondan 15 tona qədər (313,1 milyon dollar) olan təyyarələr və 2 tona qədər (92,1 milyon dollar) helikopter alıb.
İlin birinci yarısının nəticələrinə görə, Aİ ABŞ-yə təyyarə və helikopterlərin ikinci tədarükçüsü olub. İlk beşliyə Kanada (2,6 milyard dollar), Braziliya (877,8 milyon dollar), İsveçrə (342 milyon dollar) və İsrail (19,7 milyon dollar) daxil olub.