BAKI, 12 avqust. TELEQRAF

Qazaxıstanın Ukraynadakı səfirliyinin hərbi attaşe köməkçisi Polşada saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Məlumatda deyilir: "Həbs Polşa hüquq-mühafizə orqanları tərəfindən casusluq kimi təsnif edilən fəaliyyətlə bağlı işin istintaqı çərçivəsində həyata keçirilib".