BAKI, 12 avqust. TELEQRAF
Amerikanın Montana ştatının Kalispell şəhərində uçuş-enmə zolağında iki təyyarə toqquşub.
Teleqraf xəbər verir, sosial şəbəkələrdə təyyarələrin partladığı barədə məlumat yayılıb.
Hadisə yerində böyük yanğın görünür.
Qurbanların dəqiq sayı hələlik məlum deyil.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.