BAKI, 18 dekabr. TELEQRAF

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koker ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Həmçinin, tərəflər iqtisadi əməkdaşlıq və işgüzar əlaqələrin davamlı dərinləşdirilməsinin əhəmiyyətinə də toxunublar.

Görüş zamanı Armen Qriqoryan və Lord Vernon Koker Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və bununla Cənubi Qafqazda yaradılan geniş iqtisadi imkanlar barədə də müzakirə aparıb.