BAKI, 6 avqust. TELEQRAF
ABŞ-də orduya məxsus "Fort Styuart" hərbi bazasına atəş açan şübhəli hərbçidir.
Teleqraf "CNN"ə istinadən xəbər verir ki, şübhəli şəxs saxlanılıb.
Şübhəlinin 28 yaşı var. Hadisənin səbəbi açıqlanmır.
***
21:30
ABŞ-ın Corciya ştatında orduya məxsus “Fort Styuart” bazasında 5 hərbçi güllələnib.
Teleqraf xəbər verir ki, yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Atəş açan şəxs həbs edilib. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livit Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını və Ağ evin hadisəni izlədiyini deyib.
İnsidentin detalları açıqlanmayıb.
***
20:49
ABŞ-ın Corciya ştatındakı "Fort Stewart" hərbi bazasına silahlı hücum olub.
Teleqraf xəbər verir ki, bu barədə hərbi bazanın Facebook hesabında açıqlama yayılıb.
Bildirildiyinə görə, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıdırılıb.
Açıqlamada ölənlərin olduğu və hadisənin davam etdiyi qeyd edilib.
Hadisə yerinə yaxın olan şəxsi heyətə bütün qapı və pəncərələri bağlı saxlamaları tapşırılıb.