BAKI, 8 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiyanın davam etdirdiyi hərbi əməliyyatlardan məyus olduğunu etiraf edib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
“Mən Rusiya prezidenti Vladimir Putindən heç də razı deyiləm ” - deyə Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.
Tramp münaqişənin həlli üçün səylərini davam etdirilməsinə sadiq qaldığını vurğulayıb və həmçinin bildirib ki, sələfi Cozef Baydenin səhvləri olmasaydı, Ukrayna münaqişəsi qaynar fazaya keçməzdi.