BAKI, 19 may. TELEQRAF
"Türkiyənin İstanbul şəhərində keçirilən son görüş Ukrayna ilə Rusiya arasında sülh prosesinə yanaşmada ciddi fərqlərin olduğunu bir daha göstərdi".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Ukrayna irəli baxaraq, real sülh prosesinə başlamaq üçün tam və dərhal atəşkəsin əldə olunmasına çalışır. Rusiya isə əksinə, keçmişə köklənib. Moskva atəşkəs təklifini rədd edir və bunun əvəzinə, daim 2022-ci ildə keçirilmiş İstanbul görüşlərini gündəmə gətirərək, üç il əvvəl irəli sürdüyü əsassız tələbləri təkrar edir. Bu, Rusiyaya qarşı təzyiqlərin daha da artırılmasının vacibliyini bir daha sübut edir. Moskva başa düşməlidir ki, sülh prosesinə mane olmaq nəticəsiz qalmayacaq",- o qeyd edib.