
BAKI, 17 may. TELEQRAF
"Telegram" messencerində problem yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Bir gün ərzində 3000-dən çox insan problemlə bağlı məlumat verib.
Portalın məlumatına görə, istifadəçilərin 45%-i bildirişlərlə bağlı problemlə üzləşib. Bütün dünyada "Telegram"ın işi ilə bağlı şikayətlər qeydə alınıb. İlkin məlumatlara görə, problem xidmət infrastrukturunun nasazlığı ilə bağlıdır.