BAKI, 15 may. TELEQRAF
Sabahkı Ukrayna-Rusiya danışıqlarında ABŞ və Türkiyə nümayəndə heyətləri də iştirak edəcək.
Teleqraf xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.
Xatırladaq ki, Rusiya nümçayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerov başçılıq edir.
Bundan başqa görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edəcək.