BAKI, 15 may. TELEQRAF

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalyada keçirilən NATO xarici işlər nazirləri qeyri-rəsmi toplantısı çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında iştirak edir.