BAKI, 14 may. TELEQRAF
Finlandiya hərbi mobillik üçün standart dəmir yollarına keçmək qərarına gəlib.
Teleqraf “Yle”yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın nəqliyyat və kommunikasiyalar naziri Lulu Ranne danışıb.
Məlumata görə, finlər relsin enini 1435 mm-ə qədər daraltmağı planlaşdırırlar. Hökumət bu məsələ ilə bağlı 2027-ci ilə qədər qərar verməlidir. Bundan sonra tikinti işlərinə başlanacaq.
Finlandiyalı nazir bildirib: “Bu, təkcə Finlandiya məsələsi deyil, bütün Avropa və NATO-nun birgə layihəsidir”.
Qeyd olunur ki, Avropa İttifaqı bu layihəni dəstəkləyir və tikintinin təxminən 30 faizini maliyyələşdirə bilər.