BAKI, 14 may. TELEQRAF
Liviyanın paytaxtı Tripolidə yenidən toqquşmalar başlayıb.
Teleqraf “Al Wasat” nəşrinə istinadən xəbər verir ki, şəhərin bir neçə bölgəsində gərginlik müşahidə olunur.
Məlumata görə, Tripolinin bir neçə girişində hərbçilər var.
Paytaxtın şərqindəki Tajura şəhərindəki həbsxanadan isə çoxlu sayda məhbus qaçıb. Məlumatı Tripoli vilayətinin ədliyyə polisi yayıb. “Əl-Judeida” həbsxanasının yaxınlığında və qarşısında şiddətli toqquşmalar nəticəsində məhbuslar arasında çaxnaşma yaranıb. Qaçanların əksəriyyəti ağır cinayətlər törətdiklərinə görə cəza alıblar.
Yada salaq ki, bir müddət öncə atışma zamanı Liviya Prezident Şurasının təhlükəsizlik xidmətinin rəhbəri Abdülqəni əl-Kiklinin öldürülmüşdü.