BAKI, 12 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə edəcəyi Boeing 747-8 təyyarəsindən imtina etməyəcəyini açıqlayıb.
Teleqraf CNN-ə istinadən xəbər verir ki, Tramp Qətərin hədiyyəsini “sərmayə” adlandırıb və bildirib ki, ABŞ pulsuz təyyarədən imtina edə bilməz.
O qeyd edib ki, Qətər istehsalı olan yeni təyyarə köhnəlmiş Air Force One-ı (1 nömrəli təyyarə) əvəz etmək üçün lazımdır:
"Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Mən belə bir təklifdən heç vaxt imtina etməzdim. Demək istəyirəm ki, mən axmaqlıq edib “Yox, biz pulsuz təyyarə istəmirik, bu, çox bahalı təyyarədir” deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bu, gözəl jest olardı".
Tramp qeyd edib ki, prezidentlik müddəti başa çatdıqdan sonra təyyarə Ağ Evin ixtiyarına veriləcək: "Mən bundan istifadə etməyəcəyəm".
Qeyd edək ki, ötən həftənin sonunda ABC News Qətərin ABŞ-yə "uçan saray" kimi tanınan Boeing 747-8 təyyarəsi hədiyyə edəcəyi barədə məlumat vermişdi.