BAKI, 12 may. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, tərəflər ikitərəfli məsələləri, həmçinin Suriya, Qəzza və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Nazir Fidan Suriyanın sabitliyi və rifahı üçün sanksiyaların ləğvinin vacibliyini vurğulayıb.

ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS tərəfindən azad edilməsi müsbət addım kimi dəyərləndirilib.

Həmçinin Rusiya ilə Ukrayna arasında planlaşdırılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, mayın 14-15-də Antalyada keçiriləcək NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı və Rubionun Türkiyəyə səfəri də telefon danışığı zamanı müzakirə edilib.