BAKI, 10 may. TELEQRAF.

Pakistan ordusu Pəncabın Bxatinda aerodromunu, Cammu və Kəşmirin Akxnur bölgəsindəki aviabazaları məhv edib.

Teleqraf xəbər verir ki, məlumatı ordunun ictimaiyyətlə əlaqələr bölməsi yayıb.

Mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib.

Qonşu dövlətin təcavüzünə cavab olaraq, İslam Respublikası hökuməti genişmiqyaslı “Bənyan ul-Marsus” (“Qurşunla örtülmüş divar”) hərbi əməliyyatına başladığını elan edib.