
BAKI, 10 may. TELEQRAF
Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri bu gün səhər saatlarında Kiyevə gəliblər.
Teleqraf xəbər verir ki, Polşa Baş naziri Donald Tusku dəmir yolu vağzalında Ukrayna xarici işlər naziri Andrey Sibiqa və Prezident Aparatının rəhbəri Andrey Yermak qarşılayıb.
Tuskun ardınca paytaxta Almaniyanın yeni Kansleri Fridrix Merts, Böyük Britaniya Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron qatarla birlikdə gəliblər.
Avropalı liderlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyevdə müharibədə həlak olmuş ukraynalı döyüşçülərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar, qurbanlarının xatirəsini yad ediblər.
***
03:07
Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə səfər ediblər.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, Avropa ölkələrinin liderləri Polşanın Baş naziri Donald Tusk ilə birlikdə mayın 10-da Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
Onların Ukraynaya dəstək məsələlərini müzakirə edəcəyi gözlənilir.