
BAKI, 9 may. TELEQRAF
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının məsul şəxslərindən biri Anatoli Loyf vəzifəsindən kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, məlumatı Politika Stranı Telegram Kanalı yayıb.
O, ad günü ziyafətində qanuni oğrularla birgə görüntüləndikdən sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.
Söhbət Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının iqtisadi təhlükəsizlik sahəsində dövlət maraqlarının müdafiəsi üzrə Baş idarəsinin rəisi Anatoli Loyfdan gedir.
Loyf "PariMatch" şirkətinin sahibinin mühafizə rəisinin ad günü mərasimində iştirak edib və bu görüntülər mətbuata sızıb. Qeyd edək ki, Təhlükəsizlik Şurası sözügedən şirkətə daha əvvəl sanksiyalar tətbiq etmişdi.
Medianın yazdığına görə, doğum günü mərasiminə Ukrayna Təhlükəsizlik Şurasının üç yüksək rütbəli zabiti gəlib: Anatoli Loyf, onun sələfi, hazırda Ukraynanın Milli Antikorrupsiya Bürosunun araşdırmalarında adı keçən Artyom Şilo və Ukrayna Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik şöbəsinin sabiq rəhbəri, general İlya Vityuk.
Anatoli Loyf məclisdən qanuni oğru “Narik”in (Aleksandr Petrovski) iş ortağı olan vəkil Melniklə birlikdə tərk edib. Qonaqlar arasında haqqında 2021-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən sanksiya tətbiq edilmiş qanuni oğru, “Umka” kimi tanınan Serqey Oleynik də olub.
Bundan əvvəl jurnalistlər Anatoli Loyfun anasının Kiyevdə və şəhər ətrafında ümumi dəyəri 16 milyon qrivnadan çox olan daşınmaz əmlakı var.