BAKI, 7 may. TELEQRAF

Estoniya Slovakiya Baş nazirinin Moskvaya səfər üçün öz ərazisi üzərindən uçuşa icazə verməyib.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Robert Fitso deyib.

R.Fitso bu addımı onun Rusiyaya səfərini pozmaq üçün qəsdən olunmuş cəhd adlandırıb. O əlavə edib ki, alternativ yol tapılacaq.

Bundan əvvəl Serbiya Prezidenti Vuçiç də Litva və Latviyadakı məhdudiyyətlərə görə Moskvaya getmək üçün Bakıda dayanmalı olmuşdu.