BAKI, 30 aprel. TELEQRAF

İsrailin Qüds şəhəri yaxınlığındakı Eştaol meşəsində güclü yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bu, həmin ərazidə bir həftə ərzində baş verən ikinci böyük yanğındır.

İsrail yanğınla mübarizə üçün Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib. Havanın çox isti və küləkli olması alovu daha da gücləndirib və yanğının qarşısını almağı çətinləşdirib.

Yanğın çox sürətlə yayılıb və buna görə bir neçə kəndin sakinləri təxliyə olunub, yollar bağlanıb.