BAKI, 23 sentyabr. TELEQRAF

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinə yeni üzv təyin olunub.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov Müşahidə Şurasının tərkibindən çıxarılıb. Həmin vəzifəyə Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyev təyin edilib.