BAKI, 25 aprel. TELEQRAF

Seul ABŞ-dən Cənubi Koreya malları üçün tarif siyasətində istisnalar etməyi xahiş edib və bunun müqabilində enerji, gəmiqayırma sektorlarında əməkdaşlıq təklif edir.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, iki ölkə arasında məsləhətləşmələr aprelin 24-də Vaşinqtonda baş tutub.

Tədbirdə Cənubi Koreyanın ticarət naziri Ahn Deok-geun Amerika gəmiqayırma, ticarətin bərpasına və Koreya Respublikasının enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş müxtəlif ikitərəfli layihələr təklif etmişdir.