BAKI, 24 aprel. TELEQRAF

"Girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzza zolağındakı əməliyyatın əhatə dairəsini genişləndirəcək".

Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

"Biz əməliyyat təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə HƏMAS-a nəzarətimizi gücləndirəcəyik. Girovların qaytarılmasında irəliləyiş görməsək, həlledici nəticə əldə olunana qədər hərəkətlərimizi daha intensiv və əhəmiyyətli şəkildə genişləndirəcəyik", - general bildirib.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.