BAKI, 24 aprel. TELEQRAF

Rusiya və Türkiyə rəsmiləri Liviyada böhranın həlli ilə bağlı müzakirələr aparıblar.

Teleqraf xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini və prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Bogdanov və Türkiyənin Xarici İşlər Nazirliyinin Şimali-Şərqi Afrika departamentinin baş direktoru Refik Əli Onaner, Liviyadakı siyasi prosesi irəlilətmək və iki ölkə arasındakı əməkdaşlığı gücləndirmək məqsədilə görüş keçiriblər.

Müzakirələrdə Liviyanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşaraq, ölkədə inklüziv milli dialoqun təşviq edilməsi üzrə səylərin davam etdirilməsinə qərar verilib. Tərəflər, Liviyada böhranın həlli üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar.