BAKI, 23 aprel. TELEQRAF
ABŞ İsraillə müharibə başa çatdıqdan sonra HƏMAS-ın Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
Tramp prezidentliyi dövründə HƏMAS-ın İsrailə hücumunun mümkün olmayacağına əminliyini ifadə edib.
"Qəzza ilə nə baş verəcəyini görəcəyik, lakin biz Yaxın Şərqdə çox irəliləyiş əldə etdik", - Amerika prezidenti bildirib.