BAKI, 12 aprel. TELEQRAF

"Rusiya və ABŞ ikitərəfli münasibətlər, o cümlədən diplomatik nümayəndəliklərin işinin normallaşdırılması məsələlərini müzakirə edirlər".

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Səfirliklərin işi, müəyyən müddət ərzində vizaların verilməsi və diplomatların illərlə onları gözləməsini... Bəli, biz hansı birgə layihələri müzakirə edə biləcəyimizə baxırıq. Bu, Amerikanın təklifi idi və biz əməkdaşlıq təkliflərini heç vaxt rədd etməmişik”, - Rusiya XİN rəhbəri bildirib.