BAKI, 12 aprel. TELEQRAF

Omanda İran - ABŞ danışıqları 13 aprel - bazar gününə qədər uzana bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın danışıqlar qrupunun üzvünə istinadən məlumat yayıb.

"İran və ABŞ arasında bir sıra fikir ayrılıqlarının olmasına baxmayaraq, işgüzar görüşdə atmosfer ümumilikdə “müsbət” olub. Bununla belə, bəzi nüanslara görə danışıqlar şənbə gününün sonuna qədər yekunlaşmaya bilər" - agentlik qeyd edir.