
BAKI, 12 aprel. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov SSRİ-nin NATO-nun şərqə doğru genişlənməmək vədini rəsmiləşdirməməsinin səbəblərindən danışıb.
Teleqraf xəbər verir ki, XİN rəhbəri Antalya Diplomatik Forumunda çıxışı zamanı sözügedən məsələdən bəhs edib.
Nazirin sözlərinə görə, sovet liderləri razılaşmanı kağız üzərində yox, şifahi əldə etməyə öyrəşmişdilər və onlar Qərbin sözünün üstündə duracağına ümid edirdilər.
“Mən indicə belə bir fikrə gəldim: Rusiya tarixində ticarətin çiçəkləndiyi 17-18-ci əsrlərdə heç bir yazılı müqavilə bağlamırdı. Onlar əl-ələ verib, vicdanla söz verir və heç vaxt onu pozmurdular”, - deyə nazir bildirib.