
BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün Tehrana güzəştə getməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Omanda İranla danışıqlarda Amerika nümayəndə heyətinin məqsədi qarşı tərəfin razılaşmaya hazır olub-olmadığını anlamaqdır.