
BAKI, 12 aprel. TELEQRAF
Bu gün Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında danışıqlar baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması istiqamətində atılan addımlar müzakirə edilib.
Bundan əlavə, tərəflər Suriyadakı son vəziyyəti və Qəzza sektorundakı humanitar durumu da gündəmə gətiriblər.