BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası smartfonları və bir sıra digər cihazları rüsum tətbiq olunan mallar siyahısından çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, söhbət Çindən gətirilən mallara 125 faiz rüsumdan, həmçinin 10 faizlik baza rüsumundan gedir. Tariflər noutbuklara, sərt disklərə və ya yarımkeçirici istehsal avadanlıqlarına təsir etməyəcək.

Ekspertlər qeyd edib ki, qərar istehlakçıları qiymət artımından qoruyacaq, "Apple" və "Samsung" kimi şirkətlərə fayda verəcək.