.jpg)
BAKI, 12 aprel. TELEQRAF
ABŞ-nin xüsusi elçisi Steven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların yekunlaşmasından sonra üzbəüz qısa görüş keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanata görə, bir neçə dəqiqə davam edən görüş Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidinin iştirakı ilə baş tutub. İran nazirliyi qeyd edib ki, bu qeyri-rəsmi təmas Oman diplomatik platforması vasitəsilə iki saat yarımdan çox davam edən ikitərəfli məsləhətləşmələrdən sonra baş tutub.
Söhbətin təfərrüatı açıqlanmayıb.