
BAKI, 12 aprel. TELEQRAF
"İran ilə ABŞ arasında danışıqların ikinci raundu aprelin 19-da keçiriləcək. Danışıqlar zamanı ABŞ ilə mümkün razılaşmanın çərçivəsi müzakirə ediləcək".
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
Əraqçi qeyd edib ki, Omanda keçirilən görüşdə ABŞ və İran gələcək danışıqlara sadiqliklərini nümayiş etdiriblər.