BAKI, 8 aprel. TELEQRAF

Azərbaycanın sərbəst güləşçisi Orxan Abasov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında təsəlliverici görüşə çıxıb.

Teleqraf xəbər verir ki, 79 çəki dərəcəsində mübarizə aparan Abasov Slovakiya təmsilçisi Axsarbek Qulayevlə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, bu gün Azərbaycanın 3 güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra müəyyənləşib.

57 kq-da yarışan İslam Bazarqanov bolqarıstanlı İvaylo Tisovla, 65 kq-da Əli Rəhimzadə ukraynalı Andrey Sviridlə münasibətlərinə aydınlıq gətirəcək. 70 kq-da mübarizə aparan Kənan Heybətov isə Macarıstanı təmsil edən İsmayıl Musukayevlə görüşəcək.

Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.