BAKI, 8 aprel. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycan 199.66 min dollar dəyərində 24040 ədəd toster idxal edib.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 6,4 dəfə çoxdur.

2024-cü ilin yanvar ayında 3743 ədəd toster idxal edilmişdi.

Bu ilin yanvar ayında idxal edilən tosterlərin 99,6 faizi – 23941 ədədi Çindən idxal edilib.

Digərləri, 9 ədədi Türkiyədən, 1 ədədi isə Almaniyadan idxal edilib.