BAKI, 14 aprel. TELEQRAF

ABŞ ordusu 2021-ci ildə Əfqanıstandan çıxarkən orada milyardlarla dollar dəyərində silah və hərbi texnika qoyub. Bu silahlar indi Pakistanın qara bazarlarında satılır və fundamentalist, separatçı qrupların əlinə keçir.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu çıxarkən Əfqanıstanda 7 milyard dollar dəyərində silah qoyub. Onların arasında 250 min ədəd avtomat silah, 18 min gecəgörmə cihazı və minlərlə digər hərbi avadanlıq olub.

ABŞ Müdafiə Nazirliyindən bir rəsmi deyib ki, bu silahlar Əfqanıstan hökumətinə təhvil verilmişdi və ona görə də ABŞ bu silahlara görə məsuliyyət daşımır.