
BAKI, 23 mart. TELEQRAF
Martın 24-də Ər-Riyadda danışıqlar aparacaq Rusiya və ABŞ nümayəndələrinin görüşü "The Ritz-Carlton" hotelində baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda hotel adi qaydada işləyir. Agentliyin müxbiri qeyd edir ki, Ritz-Carlton administrasiyası danışıqlar zamanı kompleksin ətrafında hərəkətə heç bir xüsusi məhdudiyyət qoymayıb.
Hotel nümayəndəsi bildirib ki, Vaşinqtonla Moskva arasında görüş bağlı qapılar arxasında baş tutacaq.